Donald Tramp Kim Çen İni möhkəm təriflədi...

Donald Tramp Kim Çen İni möhkəm təriflədi...

"Şəxsi münasibətlərimizin əla olması ilə bağlı Şimali Koreya lideri Kim Çen İnlə razıyam. Bəlkə üçüncü sammit mövqelərimizin tam müəyyənləşməsinə səbəb olacaq." Bu barədə Donald Trampın Tvitter hesabında qeyd edib.

“Kim Çen İnin rəhbərliyi altında Şimali Koreya inanılmaz yüksəliş, iqtisadi uğur üçün böyük potensiala sahibdir. Tezliklə baş tuta biləcək nailiyyətləri səbirsizliklə gözləyirəm. Həmin vaxt nə nüvə silahı, nə də sanksiyalar olacaq və biz Şimali Koreyanın dünyanın ən uğurlu ölkələrindən birinə çevrilməsini müşahidə edəcəyik”, - Tramp bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə