Özbəkistan prezidenti böyük qızına vəzifə verdi

Özbəkistan prezidenti böyük qızına vəzifə verdi

Özbəkistan prezidenti Şavkat Mirziyayev böyük qızı Səidə Mirziyayevanı Prezident Administrasiyasının kütləvi informasiya vasitələri üzrə agentliyinin direktor müavini vəzifəsinə təyin edib. Prezident aparatının rəhbəri aprelin 12-də kollegiya iclası zamanı agentliyin yeni idarə heyətini təqdim edib. Üç müavindən biri Özbəkistan prezidenti Şövkət Mirziyoyevin böyük qızı Səidə Mirziyoyevadır.

Teleqraf.com xəbər verir ki, prezidentin qızının əsas vəzifəsi xaricdə "Özbəkistanın müsbət imicini formalaşdırmaq" olacaq və agentliyin işini dövlət qurumlarının mətbuat xidməti ilə əlaqələndirəcək.

Səidə Mirziyoyeva cəmi bir ay bu vəzifədə çalışan Nərgiz Rəhimovanın yerinə təyin olunub. 35 yaşlı Nərgiz Rəhimova o vaxt Facebook-da "Azadlıq" radiosunun səhifəsində müsəlmanlar arasında çoxarvadlı nigaha dair şərh yazdıqdan sonra internetdə tənqid edilib. Bundan sonra ictimai şəbəkədə Rəhimovanın əleyhinə onlarla şərh, video mesajlar və ərizələr yer alıb. Bəzi istifadəçilər onu ölümlə təhdid ediblər. Onun həyat yoldaşı və dörd uşağına qarşı da təhdidlər ünvanlanıb. Bir neçə gün sonra Rəhimova təhlükəsizliyi hədələndiyi üçün məcburi məzuniyyətə göndərilib.

Daha öncə mediada dövlət başçısının kiçik qızı Şahnozanın Məktəbəqədər Təhsil Nazirliyində şöbə müdiri olduğu barədə məlumat yer alıb. Özbəkistan prezidentinin rəsmi tərcümeyi-halında onun evli olduğu, iki qızı, bir oğlu və beş nəvəsinin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə