"Türkiyə NATO-dakı müttəfiqlərindən yardım görməyib"

"Türkiyə NATO-dakı müttəfiqlərindən yardım görməyib"

"Bizə görə Türkiyə-ABŞ əlaqələrində əsas danışılması lazım olan məsələ S-400 deyil, YPG-yə verilən dəstəkdir. Türkiyə bir NATO üzvü kimi müttəfiqlərindən yardım görməyib, suveren bir ölkə kimi öz işinə baxıb."

Bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında çıxış edib. Rusiyanın qərbdəki imicindən istifadə edilərək Türkiyəyə qarşı təbliğat aparıldığını deyən Çelik, ölkəsinin ilk öncə müttəfiqlərindən müdafiə sistemləri almaq istədiyini, ancaq bunun alınmadığını deyib: "Bizim S-400 üçün Rusiya ilə razılaşmağımızdan sonra ABŞ-ın "Patriot" təklif etməsi ağlabatan deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə