Yüz minlərlə sudanlı etiraz aksiyasına başlayıb

Yüz minlərlə sudanlı etiraz aksiyasına başlayıb

Bu gün yüz minlərlə sudanlı etirazların davam etdiyi Sudan Ordusunun Baş qərargah binasının qarşısına gəlib. Xarici KİV-lərin yaydığı məlumata görə, etirazçılar hərbi keçid şurasının qərarını qınayan şüarlar səsləndirir.

Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə Prezidenti Ömər əl-Bəşirin həbs olunduğunu, həmçinin iki il ərzində ölkəni idarə edəcək hərbi şuranın qurulduğunu və 2005-ci ildə qüvvəyə minən konstitusiyanın fəaliyyətinin dayandırıldığını bəyan edib. Bununla yanaşı, ölkənin hava məkanı bir sutkalıq bağlanıb.

Hərbi çevriliş nəticəsində dövlət başçısı Ömər əl-Bəşir, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudanın beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində üç aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə