Yunanıstanda müəllimlər 24 saatlıq tətil edirlər. Yunanıstan Orta Məktəblərin Müəllimlər Birliyi (OLME) tərəfindən təşkil olunan tətil ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə qarşı etiraz aksiyasıdır. Tətil Afina, Saloniki və digər şəhərləri əhatə edib. Müəllimlər və şagirdlər bildirirlər ki, yeni dəyişikliklərə əsasən təhsil alanların üzərinə daha çox ağırlıq düşəcək və dövlət ali təhsil müəssisələrinə qəbul çətinləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB