Əfqanıstanın Taliban hərəkatı “Qələbə” adlı hərbi hücuma başlayacağı haqda bəyanat yayıb.
SİA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bəyanatda daha sonra deyilir: “Bizim cihadla bağlı öhdəliklərimiz hələ tam başa çatmayıb. Torpaqlarımızın çox hissəsinin düşməndən azad olunmasına baxmayaraq, xarici işğalçılar bizim müsəlman dövlətimizə hərbi və siyasi təzyiqlər göstərməkdə davam edirlər. “Qələbə” əməliyyatı bütün Əfqanıstan ərazisində həyata keçiriləcək və məqsəd bizim müsəlman Vətənimizi işğal və korrupsiyadan azad etməkdir”.
Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi isə bu bəyanatla əlaqədar bildirib ki, taliblər öz qəddar niyyətlərinə çata bilməyəcəklər və onların istənilən hərbi əməliyyatı məğlubiyyətə düçar olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB