ABŞ Konqresinin erməni əsilli üzvü: “ABŞ-ın “erməni soyqırımı”nı tanıması üçün ermənilərin Trampa güclü təsir edəcəyi silahı var”
Vaşinqtonda Konqres binasında Erməni Milli Komitəsinin (ANSA) tşkilatçılığı ilə keçirilən “erməni soyqırımı” adlı tədbirdə erməniəsilli konqresvumen Ceki Speyer maraqlı açıqlama ilə çıxış edib.
Çıxışında konqresvumen bildirib ki, yaxın saatlarda prezident Donald Trampa “erməni soyqırımı”nın tanınması ilə bağlı məktub ünvanlayacaq.
C.Speyer qeyd edib ki, ABŞ-da yaşayan ermənilər “erməni soyqırımı”nın tanınması ilə bağlı az iş görməyiblər: “Başqa üsullara da əl atacağıq ki, ABŞ hökuməti bizimlə həmfikir olsun. Bizim gizli silahımız da var. Telediva Kardaşyanın xidmətindən yararlansaq pis olmaz. Kim Kardaşyan Tramla Tvitterdə yazışsa onun könlünü ala bilər və bu, bizim xeyirimizədir”.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB