"Tramp Türkiyəyə səfər etməyi planlaşdırır" Çavuşoğlu

"Tramp Türkiyəyə səfər etməyi planlaşdırır" Çavuşoğlu

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” kanalına açıqlamasında deyib.

"Prezident Rəcəb Tayyib Ərdoğanla Tramp arasında telefon danışıqları olub. Tramp Türkiyəyə səfər etmək istədiyini bildirib. ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona da səfərin tarixinin müəyyənləşdirməsi lazım olduğunu söyləyib. Prezidentimizin də ABŞ-a səfəri ola bilər. Yanlış anlaşılmaların aradan qaldırılması baxımından belə ziyarətlərin əhəmiyyətli olduğunu gördük", deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə