Urmiyada helikopter qəzaya uğrayıb

Urmiyada helikopter qəzaya uğrayıb

İranın Qərbi-Azərbaycan əyalətinin Urmiya şəhəri ərazisində bir helikopter qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Urmiyanın qubernatoru Əlirza Molla-Məhəmmədi məlumat verib.

Bildirilib ki, helikopterin qəzaya uğraması nəticəsində bir sərhədçi həlak olub və 3 nəfər yaralanıb. Hadisə Urmiya şəhəri ətrafındakı yüksəkliklərdə baş verib. Əraziyə yardım qrupu göndərilib.

Helikopterin texniki nasazlıqdan düşdüyü ehtimal edilir

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə