Türkiyə və Qətər ABŞ-ın Sepahla bağlı qərarını qınayıblar

Türkiyə və Qətər ABŞ-ın Sepahla bağlı qərarını qınayıblar

Türkiyə və Qətər ABŞ hökumətinin İran İslam İnqilabının Keşikçilər Ordusunu "terror təşkilatlar" siyahısına salmasının əleyhinə olduğunu bildiriblər. SİA Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Türkiyə və Qətər xarici işlər nazirləri birgə keçirilən mətbuat konfransında fikir bildiriblər.

Türkiyə xarici işlər naziri Mövlud Şavuşoğlu ABŞ-ın Sepahı terror təşkilatı elan etməsini birtrəfli qərar hesab edib və onun hamıya şamil olmadığını deyib.

O, Sepah-ın Suriyadakı fəaliyyətinin dəstəklənmədiyini bildirsə də ABŞ-ın digər bir ölkənin silahlı qüvvələrini terroçu elan etməsini də düzgün hesab etmədiyini dilə gətirib.

Qətər XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman da öz növbəsində bildirib ki, ABŞ-ın Sepah-la bağlı qərarı bölgədə sabitliyi poza bilər.

Qeyd edək ki, İraq baş naziri Adil Əbdül-Mehdi də ötən günkü çıxışında ABŞ-ın Sepah-la bağlı qərarının regionda sabitliyə mənfi təsir göstərə biləcəyini deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə