Türkiyənin beynəlxalq hüquq normalarına və Aya Sofyanın statusuna hörmət edəcəyinə ümid edirik. Bu sözləri Yunanıstan xarici işlər nazirinin müavini Markos Bolaris jurnalistlərə açıqlamasında deyib.
“Ərdoğanın bu yöndə açıqlaması seçki ərəfəsində səsləndirilib. Yunanıstan hər zaman beynəlxalq hüquqa müraciət edir. Bu məsələ sadəcə siyasətlə deyil, mədəniyyətlə də əlaqəlidir. Abidələrin statusu var”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyaya məscid statusunun veriləcəyini istisna etməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB