İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçirilən parlament seçkilərində özünün rəhbərlik etdiyi sağlar düşərgəsinin qalib gəldiyini bəyan edib. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, artıq yaxın saatlarda hakim koalisiyanın formalaşdırılmasına başlayacağını bildirib.
Bəyanat seçkilərin ilkin nəticələrinin elan olunmasından az sonra verilib. Nəticələrə görə, Netanyahunun “Likud” partiyası müxalif “Kaxol-Lavan” blokundan qismən az səs toplasa da o, yeni Knessetdə (parlament) deputatların böyük əksəriyyətinin dəstəyini alacağına əmindir.
Netanyahunun əsas rəqibi Benni Qants da İsraildəki seçkilərdə qalib gəldiyini və yeni hökuməti qurmaq niyyətində olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB