Braziliya prezidenti Venesuelaya hərbi müdaxilədə iştirakı istisna etməyib
Braziliya prezidenti Jair Bolsonaru bildirib ki, əgər hadisələrin inkişafı zərurət yaradarsa, Venesuelaya hərbi müdaxilədə iştirak məsələsini parlament ilə məsləhətləşə bilər.
SİA-nın “İnterfax.ru”-ya istinadən verdiyi məlumata görə, Braziliya prezidenti daha sonra deyib: “Biz imkan verməməliyik ki, Venesuela yeni Kuba və ya Şimali Koreyaya çevrilsin”.
Cənab Bolsonaru fikirlərinə bu cür davam edib: “Venesuela prezidenti Maduro hər-hansı xarici müdaxiləyə şərait yaratsa, o zaman hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkədə, çox güman ki, indiki prezidentin tərəfdarlarının təşkil edəcəyi partizan müharibəsi olacaq”.
Qeyd edək ki, bu ilin yanvarında Venesuela prezidentliyi uğrunda keçirilən seçkilərdə Maduro qalib elan olunub. Parlamentin sədri Quaydo isə seçkilərin nəticəsini tanımaqdan imtina edərək özünü prezident elan edib.
ABŞ prezidenti Donald Tramp xarici telekanallardan birinə fevral ayında verdiyi müsahibədə
Amerikan hərbçilərinin Venesuelaya göndərilməsinə böhranın həlli yollarından biri kimi baxıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB