ABŞ və NATO hərbi-siyasi blokunun Avropadan olan üzvləri öz nümayəndələrini cari ilin 23-25 aprel tarixlərində Moskvada keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə konfransa göndərməkdən imtina ediblər.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.
Müdafiə nazirinin müavini daha sonra bildirib: “Əvvəlki illərdə olduğu kimi hamını, o cümlədən NATO üzvlərini və bu blokun hərbi-siyasi rəhbərliyini də dəvət etmişik. Lakin ABŞ iştirakdan imtina edib. Avropa ölkələri isə avro-atlantik həmrəyliyi adlanan prinsipə əsaslanaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə əlaqə qurmaqdan yayınırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB