Böyük Britaniya parlamenti Tereza Meyin planını qəbul edib

Böyük Britaniya parlamenti Tereza Meyin planını qəbul edib

Böyük Britaniya parlamentinin Nümayəndələr Palatası Avropa İttifaqından çıxma vaxtının aprelin 12-dən iyunun 30-na keçirilməsinə dair Baş nazir Tereza Meyin planını qəbul edib. Xarici KİV-lərin yazdığına görə, səsvermənin nəticələri gözlənilən kimi olub. Planın lehinə 420 deputat, əleyhinə isə 110 parlament üzvü səs verib.

Bundan əvvəl Tereza Mey Avropa İttifaqı Şurasının sədri Donald Tuska müvafiq xahişlə müraciət etmişdi. Avropa İttifaqı isə vaxtın gələn il martın 30-dək uzadılması barədə alternativ təklif irəli sürüb. Bu isə o deməkdir ki, Britaniya Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməli olacaq.

Qərar aprelin 10-da Aİ Şurasının iclasında qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə