Əlcəzairi keçid dövründə idarə edəcək şəxs müəyyənləşib. SİA Əlcəzirəyə istinadla xəbər verir ki, Əlcəzair parlamentinin hər iki palatası Əbdülqadir bin Salehi ölkənin yeni və müvəqqəti prezidenti kimi tanıyıb.
Əlcəzair Parlamenti bəyanat verib ki, ölkə konstitusiyasının 102-ci maddəsinə əsasən Əbdülqadir bin Saleh 90 gün ərzində ölkənin rəhbəri olacaq.
Qeyd edək ki, Əlcəzair konstitusiyasının 102 maddəsində ölkəni idarə etmə iqtidarında olmayan prezidentin kənarlaşması və parlament sədrinin müvəqqəti olaraq ölkəni idarə etməsi göstərişləri yer alıb.
Xatırladaq ki, Əlcəzairi 1999-cu ildən idarə edən 82 yaşlı Əbdüləziz Buteflika iki ay sürən etiraz aksiyalarından sonra istefa verib. Qarşıda gələn 90 gün ərzində ölkədə yeni seçkilər keçirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB