Liviyada toqquşma 50 can aldı

Liviyanın paytaxtında Milli Ordunun qoşunları ilə beynəlxalq birliyin tanıdığı Milli Müqavimət Hökumətinin toqquşması zamanı 50-dən çox adam ölüb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, toqquşma Tripolidə fəaliyyət göstərən yeganə aktiv hava limanının bombalanmasından sonra baş verib.

BMT-nin məlumatına görə, döyüşə görə təxminən 3500 adam evlərini tərk etməyə məcbur edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə