Nigeriyada yük maşını bazara çırpılıb

Nigeriyada yük maşını bazara çırpılıb

Nigeriyada yük maşını böyük insan tələfatına səbəb olub. SİA-nın xaricı kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, əyalətin Bida bölgəsində sürücünün sükana nəzarəti itirməsi səbəbindən yük maşını əhalinin sıx olduğu bazara çırpılıb.

Nigeriya Milli Təcili Yardım İdarəsi (NEMA) Niger Əyalət direktoru Əhməd İbrahim İnga qəzada 15 insanın həyatını itirdiyini, 42 nəfərin isə ağır yaralandığını qeyd edib.

Yaralıların yaxınlıqdakı xəstəxanalara yerləşdirildiyini deyən əyalət direktoru ölü sayının artacağından ehtiyatlandıqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə