"Türkiyə ABŞ-a cavab olaraq Rusiyanı seçdi"

"Türkiyə ABŞ-a cavab olaraq Rusiyanı seçdi"

Bu il 3-cü dəfə bir araya gələn Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı görüş ortaq mövqelərin möhkəmləndirilməsi üçün stimul olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədrinin müavini Dmitri Savelyev bildirib. "İki ölkə prezidentləri arasındakı təsirli dialoq prinsipial fərqlərin olmamasından və bir çox müxtəlif strateji istiqamətlərdən qaynaqlanır. Türkiyə həmçinin ABŞ-a cavab olaraq Moskva ilə tərəfdaşlığı seçir. Bu birlik ölkələrin siyasi arenadakı siyasi çəkilərini də məhdudlaşdırmır", - Savelyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə