“Türkiyə şirkətlərinə lazımi şərait yaratmaq Moskvanın marağındadır”

“Türkiyə şirkətlərinə lazımi şərait yaratmaq Moskvanın marağındadır”

Moskvada reallaşan Türkiyə-Rusiya 8-ci Yüksək Əməkdaşlıq Konfransında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ilk olaraq Rusiya prezidenti görüş barədə fikirlərini bildirib.

Putin qeyd edib ki, sənayenin müxtəlif sahələrinə türk investorlarının cəlb edilməsi məsələsini müzakirə etdik: "Türk tərəfdaşlar öz maraqları, biz də öz maraqlarımız üçün mübarizə aparırıq. Türkiyə şirkətləri də daxil olmaqla xarici şirkətlərin Rusiya bazarında özlərini maksimum dərəcədə rahat və etibarlı hiss etmələri, hər hansı inzibati çətinliklərlə qarşılaşmamaları üçün lazım olan hər şeyi edirik və edəcəyik. Türk iş dünyası Rusiyanın bir çox bölgələri ilə fəal əməkdaşlıq edir. Tatarıstan Türkiyə sərmayələrinin həcminə görə liderdir. Son illərdə Türkiyənin iş adamları Vladimir, Penza, Kalujskaya, Krasnodar və Stavropol kimi Rusiya bölgələrində fəallaşıblar. Türkiyə şirkətlərinə lazımi şərait yaratmaq Moskvanın marağındadır. Türkiyə tərəfi bu layihələrin həyata keçirilməsində və mənfəət qazanılmasında maraqlıdır. Türk iş dünyasına kömək etmək üçün Rusiya əlindən gələni edəcək”.

Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Ərdoğan öz fikirlərini bildirib: "Rusiyanın ölkəmizdə 10 milyard dollardan çox yatırımı var. Türkiyədə investisiya etmək istəyən Rusiya firmalarına hər cür rahatlığı təmin edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə