Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb. SİA ölkə başçısının rəsmi “Akorda.kz” saytına istinadla xəbər verir ki, görüşdə Prezident Qazaxıstanın xarici siyasətinin sülhsevər mövqedə olduğunu, beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı dəstəklədiyini bildirib.
Görüşdə, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri, habelə Qazaxıstanın ATƏT ilə əlaqələrinin perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB