Zelenski-Poroşenko debatının tarixi açıqlandı

Zelenski-Poroşenko debatının tarixi açıqlandı

Ukraynada prezident seçkilərinin 2-ci turuna hazırlıq prosesi davam edir. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, şoumen Vladimir Zelenski debatların aprelin 19-da Kiyevin Olimpiyski stadionunda keçirilməsini istəyir: “Aprelin 19-da mənim Poroşenkoya istənilən sualı vermək imkanım olacaq”.

Xatırladaq ki, 31 mart seçkilərində Zelenski 30, 24%, hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 15,95% səs toplayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə