“Domodedovo” hava limanında terror aktını terrorçu qadın kamikadze törədib

“Domodedovo” hava limanında terror aktını terrorçu qadın kamikadze törədib

"Domodedovo" hava limanında terror aktını terrorçu qadın kamikadze törədib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kamikadze hava limanı ərazisinə gətirilib və nəqliyyat vasitələrinin uzun müddətli dayanacğı üçün dayanacaqdan hava limanın təhlükəsizlik xidməti və metal detektoru olmayan hissəsindən ikinci mərtəbəyə qalxıb.

 

Eyni zamanda son verilən xəbərə görə, Rusiya xüsusi xidmət orqanları "Domodedovo" hava limanında baş verən terror aktı ilə bağlı əvvəlcədən məlumatlı olublar. Hava limanı təhlükəsizlik xidməti əməkdaşlarının məlumatına görə belə terror aktının törədiləcəyi ilə bağlı onların bir həftə öncə məlumatı olub və hətta baş verəcək terror aktının kömrük məntəqəsi yaxınlığında olacağı ilə bağlı dəqqiq yeri də söylənilib.

 

Rusiyanın Səhiyyə və İctimai İnkişaf naziri Tatyana Qolikova isə "Domodedovo" aeroportrunda baş verən partlayış nəticəsində 128 nəfərin xəsarət aldığını və vəfat edənlərin 35 nəfər olduğunu bildirib. Onun sözlərinə görə, 31 nəfər məhz partlayış zamanı dünyasını dəyişib. Xəstəxanalara yerləşdirilən 93 nəfərdən 73 Moskva şəhərinin, qalanları isə Moskva vilayətinin müalicə müəssisələrinə yerləşdirilib.

 

Rusiyanın baş naziri Vladimir Putin isə ötən gün axşam saatlarında səhiyyə naziri Tatyana Qolikova ilə görüşüb və terrort aktı nəticəində xəsarət alanlarla maraqlanıb. Baş nazir səhiyyə nazirinə yaralananların müalicəsi ilə şəxsən maraqlanmağı tapşırıb.

 

Qeyd edək ki, Partlayış "Domodedovo" aeroportunun beynəlxalq terminalında saat 16:37-də baş verib

Bütün xəbərlər Facebook səhifəmizdə