Çinin Siçuan vilayətində 30 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları yenidən alovlanmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, meşə yanğınları Siçuan vilayətinin Muli rayonunun dağlıq meşələrində qeydə alınıb.
350 yanğınsöndürən və 440 yerli əhali yanğınla mübarizə aparır. Təxminən 5-10 hektar ərazini əhatə edən yanğının güclənməsinə səbəb küləyin sürətidir.
Xatırladaq ki, sözügedən ərazidə meşə yanğınları martın 30-dan başlayıb. 15 hektar ərazini əhatə edən meşə yanğınlarına 600 nəfər cəlb edilmişdi. Küləyin sürətinin dəyişməsi hadisə nəticəsində 30 nəfərin ölümü ilə nəticələnmişdi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB