Türkiyənin Şırnak vilayətinin Bestler-Dereler bölgəsində bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcılarının dəstəyi ilə uğurlu antiterror əməliyyatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib, həmçinin terrorçulara məxsus böyük silah-sursat anbarı aşkarlanıb.
Bundan başqa, Türkiyə qırıcıları İraqın şimalındakı Zap və Gara bölgələrində yerləşən PKK düşərgələrini, sığınacaqlarını və silah anbarlarını məhv edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB