Braziliyada gəmi körpüyə çırpılıb

Braziliyada gəmi körpüyə çırpılıb

Braziliyada qeyri-adi qəza baş verib. SİA-nın “Sozcu.com.tr” saytına istinadən verdiyi məlumata görə, Para əyalətində bir gəmi körpünün altından keçərkən onun sütunlarından birinə toxunub. Zərbənin təsirindən körpü uçub və onun üzərində hərəkət edən iki avtomobil də suya düşüb.

Para əyalətinin valisi Helder Barbalio liman şəhəri Belemə gedən körpünün 200 metrlik hissəsinin çökdüyünü və iki avtomobilin Moju çayına düşdüynü bildirib. Avtomobillərdə neçə şəxsin olduğu bilinməsə də gəminin beş nəfərlik şəxsi heyətinin qəza zamanı zərər görmədiyi vurğulanıb.

Çayda xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yerli mətbuat bir il davam edəcək körpü təmirinin 25 milyon dollara başa gələcəyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə