Tailand Krallığı və ABŞ Hərbi-Dəniz Qüvvələrinin (HDQ) hər il keçirilən birgə təlimlərinin növbəti mərhələsinə start verilib. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, "Guardian Sea-2019" təlimləri iki ölkə arasında təcrübə mübadiləsi və sualtı müdafiə sahəsində imkanların gücləndirilməsi məqsədi daşıyır.
Tailand HDQ-nin kontr-admiralı Kamçorn Çaroenkiat qeyd edib ki, ABŞ və Tailand arasında “Guardian Sea” dəniz təlimlərinin birincisi 2012-ci ildə keçirilib.
Onun sözlərinə görə, Andaman dənizindəki şərtlər bu cür təlimlərin həyata keçirilməsinə imkan verir. Belə ki, dənizin dərinliyi sualtı gəmilərin hərəkəti zamanı onları görünməz edir.
Kontr-admiralın sözlərinə görə, hazırkı manevrlər Tailand donanmasının yaxın gələcəkdə öz sualtı qayıqlarını istifadə etməyə hazır olub-olmadığını yoxlamağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB