Poroşenko ilə Zelenski arasındakı debat tarixi açıqlandı

Poroşenko ilə Zelenski arasındakı debat tarixi açıqlandı

Ukrayna Prezidenti Pyotr Poroşenko Vladimir Zelenski ilə debat tarixini açıqlayıb. Axar.az xəbər verir ki, Poroşenko 14 aprel tarixində, Kiyevin Olimpiya stadionunda rəqibini gözlədiyini bildirib.

“Stadion belə debatın keçirilməsi üçün münasib yer deyil. Ancaq stadion deyilibsə, olsun stadion. Mən vurğulamaq istəyirəm ki, 14 apreldə, Zelenskinin istədiyi yerdə - respublika stadionunda onu gözləyirəm. Hesab edirəm ki, 19:00-20:00 münasib vaxtdır. Və mən bütün tamaşaçıları, kanalları, Zelenskinin istəyinə uyğun olaraq, dəvət edirəm”, - Poroşenko Ukrayna TV-də elan edib.

Qeyd edək ki, debatın stadionda keçirilməsi təklifini Zelenski irəli sürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə