Şoumen Zelenski Putinlə danışıqlara hazır olduğunu açıqladı

Şoumen Zelenski Putinlə danışıqlara hazır olduğunu açıqladı

Ukraynada prezident seçkilərinin ikinci turuna lider kimi adlayan şoumen Vladimir Zelenski Rusiya Prezidenti Putinlə danışıqlara hazır olduğunu bildirib. Axar.az xəbər verir ki, o, Donbasda sülh üçün qərbli liderlərin də Putinlə danışıqları davam etdirməsi gərəkdiyini deyib: “Atəşkəsə nail olmaq lazımdır ki, bizim uşaqlar ölməsin. Bundan ötrü nə edə bilərik? Minsk razılaşmasına davam etmək lazımdır. Ancaq bu format yenilənməlidir. Rusiya ilə danışıqlar formatı Qərb təmsilçilərinin iştirakı ilə olmalıdır”.

O, Donbas konfliktinin həllinə ilk növbədə atəşkəslə başlanılmalı olduğunu deyib: “Birinci mərhələdə atəşkəs əldə edilməlidir. Biz uzunmüddətli prosesə imkan verə bilmərik, çünki hər səhərimizi orda neçə uşağımızın öldüyü barədə xəbərlə açırıq”.

Qeyd edək ki, Rusiya və Ukrayna liderləri arasında danışıqlar onsuz da “Normand dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) çərçivəsində baş tutur. Ukraynada prezident seçkilərinin ikinci turu 21 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə