İran: "Bu şəxslər ABŞ-ı bataqlığa salmaq istəyirlər"

İran: "Bu şəxslər ABŞ-ı bataqlığa salmaq istəyirlər"

İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək istəyənlərin məqsədi bəllidir. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Netanyahunun rəhbərliyi altında bu istiqamətdə iş aparan şəxslər ABŞ-ı bataqlığa salmaq istəyirlər. ABŞ lideri Donald Tramp ölkəsinin yeni bir faciə ilə üz-üzə qalmaması üçün bunun fərqində olmalıdır", - Zərif bildirib.

Qeyd edək ki, ABŞ mediası Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşdığını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə