İrlandiya sərhədində Brexit əleyhinə mitinq keçirilib

İrlandiya sərhədində Brexit əleyhinə mitinq keçirilib

Yüzlərlə insan İrlandiya sərhədinə toplaşaraq mitinq keçirib. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə əlaqədar keçirilən mitinqdə etirazçılar Brexitə qarşı şüarlar səsləndiriblər. Əllərində anti-Brexit plakatları və Aİ bayraqları tutan nümayişçilər Brexit prosesininin dayandırılmasını tələb ediblər.

Brexitə qarşı Sərhəd Birliyinin təşkil etdiyi mitinqə tələbələr, İrlandiyanın Şın-Fayn və Demokratik İttifaq partiyalarının nümayəndələri də qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə