Əfqanıstanın şərqindəki xüsusi əməliyyat zamanı "İslam dövləti" terror qrupunun "Xorasan vilayəti" regional qolunun ən azı 70 üzvü məhv edilib. SİA-nın məlumatına görə, bu barədə "Xaama Press" Əfqanıstan xəbər agentliyi xəbər verib. Mənbəyə görə, əməliyyat zamanı silah xəzinəsi də məhv edilib.
Qeyd edək ki, Əfqanıstanda neçə onilliklər boyu hökumət qüvvələri ilə ölkənin dağlıq ərazilərində böyük bir ərazini ələ keçirən və böyük şəhərlərə qarşı hücumlar təşkil edən radikal "Taliban" hərəkatının silahlıları arasında qarşıdurma davam edir.
Son zamanlar ölkə ərazisində "İslam Dövləti" terror qrupunun təsiri artıb. Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri ölkə daxilində qarşıdurmaların qarşısını almaq üçün əməliyyatlar həyata keçirir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB