“Böyk yeddilik” Liviyadakı tərəflərə çağırış edib

“Böyk yeddilik” Liviyadakı tərəflərə çağırış edib

"Biz xatırladırıq ki, Liviya neft sənayesi və istehsalı, eləcə də ondan gələn gəlir Liviya xalqına aiddir və hər hansı bir partiya tərəfindən siyasi məqsədlər üçün istifadə edilməməlidir" – deyə Böyük Yeddiliy"in (G7) xarici işlər nazirlərinin Fransanın Dinar şəhərində keçirilən görüşündən sonra imzaladıqları kommunikedə bildirilib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirləri Liviyadakı bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar və BMT-nin sülh cəhdlərini dəstəklədiklərini bildiriblər.

Bir neçə gün əvvəl Liviya Milli Ordusunun komandiri marşal Xəlifə Haftar Tripoli şəhərini "terroristlərdən azad etmək" üçün hərbi qüvvələrinə hücum əmri verib. Qeyd edək ki, Haftarın ordusu Tripoli şəhərinin cənub-qərbində, Canzur və Es-Savani də daxil olmaqla bir çox əraziləri müqavimətsiz işğal edib.

Öz növbəsində, BMT-nin Baş katibi Antonio Gutyerres Tripolidə təşkil etdiyi mətbuat konfransında Liviyadakı tərəfləri hərbi qarşıdurmalardan qaçmağa çağırıb və bildirib ki, döyüşlərin başlanması böyük fəlakətlərə səbəb ola bilər.

Qeyd edək ki, Liviyada hələ də ikihakimiyyətlilik davam edir. Ölkənin şərqi seçilmiş parlament tərəfindən idarə olunur. Ölkənin qərbinə - Tripoliyə isə Fəyyaz Sərracın rəhbərlik etdiyi Milli Barışıq Hökuməti nəzarət edir. Ölkənin şərqindəki hakimiyyət orqanları Liviya Milli Ordusunun komandiri marşal Xəlifə Haftarla əməkdaşlıq edir. Liviya Milli Neft Şirkəti bitərəfliliiyini bəyan etməklə hər iki tərəflə əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə