İranın Xuzistan vilayətinin əhali köçürülür NİYƏ?

İranın Xuzistan vilayətinin əhali köçürülür NİYƏ?

İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunduqdan sonra əhali daha təhlükəsiz yerlərə köçürülür. SİA yerli mətbuata istinadla xəbər verir ki, köçürmə prosesinə hərbi vertolyotlar da cəlb edilib. Hidrometeoroloqların proqnozuna görə aprelin 7 və 8-də güclü yağışlar yağacaq və daşqınlar olacaq. Əhalinin köçürülməsinin səbəbi isə ondan ibarətdir ki, bu vilayətdə yerləşən su bəndləri tamamilə dolub və yağışlar nəticəsində bəndlər suyun təzyiqinə davam gətirə bilməz. Bəndlərin uçması isə fəlakətlə nəticələnə bilər.

Xatırladaq ki, ötən həftə aramsız yağan yağışlar İranın Gülüstan, Xuzistan, Gilan, İsfahan və başqa vilayətlərində selin yaranmasına səbəb olmuş və təsərrüfatlara ciddi ziyan dəymişdir. Ən çox zərər görən vilayət Xuzistan olub. Ümumilikdə təbii fəlakət nəticəsində 70 yaxın insan həlak olub, ölkə iqtisadiyyatına 970 milyon dollardan çox ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə