Cənubi Koreya Prezidenti Mun Ce-in Kanvondo vilayətində meşə yanğınlarının baş verdiyi rayonu təbii fəlakət zonası elan edib. Yonhap informasiya agentliyi xəbər verir ki, həmin rayona xüsusi zona statusu verilməsi ora yardımın çatdırılmasını asanlaşdıracaq. “Zərər çəkən rayonlara dövlət səviyyəsində dəstək göstərəcək. Hökumət diqqətini zərərin ödənməsinə və bərpa işlərinə yönəldib”, - deyə prezident administrasiyasının nümayəndəsi bildirib.
Cənubi Koreya hökuməti Konvondo vilayətində tüğyan edən meşə yanğınlarını milli fəlakət adlandırıb. Görünməmiş miqyas almış yanğınlar nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Həmçinin 4,2 min nəfər təhlükəli ərazilərdən təxliyə olunub. Yanğının söndürülməsinə 900 yanğınsöndürən maşın və yanğından mühafizə xidmətinin 13 min əməkdaşı cəlb olunub.
530 hektar ərazini əhatə edən yanğın güclü külək səbəbindən saatda 5 kilometr sürətlə yayılıb. Alov 300 evi məhv edib. Ümumi zərər 5 milyon dollar həcmində qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB