ABŞ təyyarəsi Krımda kəşfiyyat uçuşu edib

ABŞ təyyarəsi Krımda kəşfiyyat uçuşu edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus Boinq P-8A təyyarəsi Ukraynanın Krım ərazisində kəşfiyyat uçuşu edib. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bort nömrəsi 168882 olan təyyarə ABŞ HDQ-nin Floridada yerləşən 26-cı patrul komandanlığının heyətinə daxildir.

Bu kəşfiyyat uçuşundan bir az əvvəl Qara dəniz sahillərində ABŞ-ın RQ-4B-40 pilotsuz təyyarəsi kəşfiyyat uçuşu edib.

Rusiya Müdafiə Nazirliyi Vaşinqtonu mvafiq kəşfiyyat əməliyyatlarından imtina etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə