Çelyabinski vilayətinin hərbi hissələrində genişmiqyaslı yoxlama işlərinə start verilib. SİA-nın məlumatına görə, bunun səbəbi bir neçə gün əvvəl 2 əsgərin naməlum xəstəliklərdən dünyasını dəyişməsi olub. Hazırda ölüm səbəbinin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar davam edir. İlkin nəticələrə əsasən, 35 hərbçinin müxtəlif xəstəliklərə yoluxduqları məlum olub. Bu səbəblə hərbi hissələrdə karantin elan olunub.
Qeyd edək ki, ölən hərbçilərdən birinin H1N1 virusundan dünyasını dəyişdiyi aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB