Birləşmiş Ştatları insanlarla dolub, bu səbəbdən miqrantlar üçün artıq yer yoxdur. SİA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə gedərkən deyib.
"Bizim ölkəmiz, ərazimiz artıq dolub. Meksikada da yer yoxdur. Heç bir miqrantı qəbul edə bilmərik, dönüb geri qayıdın”, - deyə Tramp bəyan edib.
ABŞ prezidenti növbəti dəfə Meksika ilə sərhədi bağlamaq niyyətini açıqlayaraq, bildirib ki, hazırda bu niyyəti həyata keçirməməsinin səbəbi Meksika hökumətinin bu istiqamətdə atdıqları müsbət addımlardır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB