Lukaşenko 4-cü dəfə prezident seçildi

Lukaşenko 4-cü dəfə prezident seçildi
Belorusun prezidenti Lukaşenko 4-cü dəfə dövlət başçısı kimi and içib. SİA-nın məlumatına görə, andiçmə mərasimi zamanı xüsusi kartej müşayiəti ilə Respublika sarayına gələn Lukaşenko mərasimdə 6 yaşlı oğlu ilə birgə iştirak edib. İştirakçılar saraya daxil olan prezidenti ayaq üstə alqışlarla qarşılayıblar. O, Belorus dövlət televiziyası ilə birbaşa yayımlanan mərasimdə milyonların qarşısında vətənə sədaqət andı içib. 4-cü dəfə prezident seçilməsinin sevincini dilə gətirən Lukaşenko seçkilərin şəffaf və ədalətli keçirildiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə