ABŞ-dan etiraf: "2 dinc sakini öldürdük"

ABŞ-dan etiraf: "2 dinc sakini öldürdük"

ABŞ Hərbi Hava Qüvvələrinin ötən ilin aprelində Somalinin əl-Burr bölgəsində təşkil etdiyi əməliyyatlarda 2 dinc sakin öldürülüb. Axar.az xəbər veri ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı (AFRİKOM) məlumat yayıb. “Təəssüf ki, daha əvvəl dəlillər AFRİKOM-a düzgün şəkildə çatdırılmayıb”, - deyə bildirilib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin müxtəlif ölkələrdə apardığı əməliyyatlarda sıx-sıx dinc sakinlərin ölməsi barədə məlumatlar yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə