Ərdoğan Moskvada nəyi müzakirə edəcək?

Ərdoğan Moskvada nəyi müzakirə edəcək?

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada Ankaraya S-400 sistemlərinin verilməsi məsələsini müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb. “S-400 “Triumf” sistemlərinin çatdırılması ilə bağlı müqavilə ətrafında bir çox söhbətlər var. Təbii ki, prezidentlər bu məsələni müzakirə edəcəklər”, - Uşakov bildirib.

Uşakovun sözlərinə görə, tərəflər həmçinin ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarını, “Türk axını” qaz kəmərinin tikintisini, “Ağquyu” nüvə elektrik stansiyası layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə