Çeçenistan parlamenti həddindən artıq sağçı Vladimir Jirinovskinin Qafqaz xalqlarının ünvanına dediyi fikirlərə sərt reaksiya verib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çeçenistan parlamenti Jirinovskinin rəhbəri olduğu Liberal Demokrat Partiyasının bağlanılmasını tələb edib. Çeçenistan prezidenti Ramazan Kadirov isə Jirinovskini ölkədə etnik qarşıdurmanı qızışdırmaqda günahlandırıb.
Rusiya parlamentinin Duma və yuxarı palatasında olan çeçen millət vəkili və senatorlar da Jirinovskinin Rusiya Dövlət Dumasının vitse-spikeri vəzifəsindən də uzaqlaşdırılmasını tələb edib. Çeçenistana qonşu Dağıstan Respublikasının səlahiyyətliləri də sərt reaksiyalarını dilə gətirib. Çeçen lider Kadirov "Jirinovskinin Şimal Qafqazdakı vəziyyətlə əlaqədar çıxışları Rusiyanın ərazi və milli təhlükəsizliyini təhlükə altına qoyur. Jirinovskinin Şimal Qafqaz haqqında danışmağa haqqı yoxdur. O, etnik düşmənliyi qızışdıran ifadələr işlədir" söyləyib. Jirinovskini təxribat törətməkdə günahlandıran R,Kadirov bütün çeçenləri Liberal Demokrat Partiyasına səs verməməyə çağırıb.
Jirinovski isə R.Kadirova cavab verməkdə gecikməyib. Ona qarşı irəli sürülən ittihamlara cavab verən Jirinovski partiyanın mətbuat xidməti ilə yaydığı açıqlamasinda "mən etnik düşmənliyi qızışdırmadım. Söylədiklərimdən məmnun olmayanlar məhkəməyə müraciət edə bilər" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB