12 saat davam edən meşə yanğını

12 saat davam edən meşə yanğını

Cənubi Koreyanın Pxoxan şəhərində meşə yanğını 12 saat davam edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarından başlayıb və yanğını yalnız bu gün səhər saatlarında söndürmək mümkün olub.

Yanğının söndürülməsinə 10 vertolyot, 71 yanğınsöndürmə texnikası və 2400 nəfər insan cəlb edilib.

Yanğınsöndürənlər yaxın kəndlərdən 40 nəfəri təxliyə ediblər Hadisə nəticəsində 3 hektar ərazi, 1000 şam ağacı yanıb, ümumilikdə yanğın 486 min dollar zərər vurub.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları yanğının dəqiq səbəblərini araşdırırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə