Mövlud Çavuşoğlu: "Tramp Ərdoğana vəd verib"

Mövlud Çavuşoğlu: "Tramp Ərdoğana vəd verib"

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib: "O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə