İki hava limanının fəaliyyəti dayandırılacaq

İki hava limanının fəaliyyəti dayandırılacaq

İstanbulda iki hava limanı aprel 6-da fəaliyyətini 12 saatlıq dayandıracaq. SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Atatürk Beynəlxalq Hava Limanından son uçuş aprelin 6-da saat 02:00-da həyata keçiriləcək.

"Eyni gün 14:00-dan etibarən "İstanbul" hava limanından uçuşlar bərpa olunacaq ", - Türkiyə nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

Nəqliyyat nazirinin sözlərinə görə, "İstanbul" hava limanından uçuşların sayı mərhələlərlə artacaq.

Nazir həmçinin qeyd edib ki, Qayrettepe-İstanbul Hava Limanı metro xəttinin tikintisi sürətlə davam etdiriləcək.

Onun sözlərinə görə, 2020-ci ilin əvvəlinə qədər bu xəttin istifadəyə verilməsi üçün mümkün olan bütün işlər görülür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə