5.4 ballıq zəlzələ

Tayvanda 5.4 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) tərəfindən bildirilib.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Taidung şəhərindən 29 km məsafədə və 10 km dərinlikdə yerləşib.

Hazırda dağıntı və zərərçəkənlər haqqında məlumat yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə