Misirdə xristian ata və oğulu öldürən polis edam olunacaq!

Misirdə xristian ata və oğulu öldürən polis edam olunacaq!

Misirdə xristian ata və oğulu öldürən polisi edam cəzasına məhkum ediblər. Reuters agentliyinin xəbərində deyilir ki, Şimali Afrikada məskunlaşan Koptlar icmasından olan ailənin üzvlərini qətlə yetirən polis nəfəri Rabi Xəlifə Misir məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Xristian dininə etiqad edən 49 yaşlı Kamal Sadeq və onun oğlu Davidi ötən ilin dekabrında işlədikləri inşaat meydanında qətlə yetirən “qanun keşikçisi” törətdiyi ağır cinayətin səbəbini izah edə bilməyib.

Misirdə Koptlar adlanan xristian azlığa qarşı bir sıra cinayətlər törədilib. Yerli hüquq-mühafizə orqanları bu qətllərin qarşısını qətiyyətlə alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə