Yunanıstan Şimali Makedoniyada səfirlik açacaq

Yunanıstan Şimali Makedoniyada səfirlik açacaq

Yunanıstan və Şimali Makedoniya diplomatik münasibətləri gücləndirmək məqsədilə qarşılıqlı səfirliklər təsis edəcəklər. “RİA Novosti” xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Aleksis Tsipras Skopye şəhərində şimali makedoniyalı həmkarı ilə danışıqlardan sonra bildirib.

O, səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalandığını və müştərək tədbirlər planının təsdiqləndiyini də diqqətə çatdırıb. Qeyd edək ki, A.Tsipras Yunanıstanın Şimali Makedoniyaya səfər edən ilk baş naziri kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə