İran prezidenti Həsən Ruhani Türkiyədə müvəffəqiyyətlə başa çatan bələdiyyə seçkilərinə görə prezident Rəcəb Təyyib Ərdoğana təbrik məktubu göndərib. SİA İRNA-ya istinadla xəbər verir ki, İran prezidenti təbrik məktubunda Türkiyə bələdiyyə seçkilərinin müvəffəqiyyətlə həyata keçirildiyini, Türkiyə xalqının öz gələcəyini demokratik yolla seçdiyini bildirib və buna görə Rəcəb Təyyib Ərdoğanı təbrik edib.
İran prezidenti bu məktubda Türkiyə xalqını dost və qardaş xalq adlandırıb və onlar üçün Allahdan səadət və başucalığı arzulayıb.
Eyni zamanda İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də Türkiyənin hökumətini, müxtəlif siyasi partiyalarını və xalqını seçkilərin müvəffəqiyyətlə keçirilməsinə görə təbrik edib.
İran XİN sözçüsü bildirib ki, bölgə dövlətlərində sabitliyin, təhlükəsizliyin və müstəqilliyin əsas amili xalqın və demokratiyanın rəhbər tutulmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB