Belarus Rusiyadan yenidən maliyyələşdirmə ödənişləri üçün dövlət krediti alacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müvafiq qərar prezident Vladimir Putin tərəfindən qəbul edilib.
Baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov jurnalistlərə Rusiyanın dövlət başçısının Belorusa 600 milyon dollara qədər dövlət krediti vermək niyyətində olduğu barədə məlumat verib. Onun sözlərinə görə, bu vəsait daha əvvəl Moskvada verilmiş kreditlər üzrə əsas borcu ödəmək üçün yenidən maliyyələşdirmə ödənişlərinə yönəldiləcək.
Siluanovun sözlərinə görə, aprel ayının sonuna kimi Belarus Avrasiya Stabilləşdirmə və İnkişaf Fondundan 200 milyon dollar məbləğində kredit ala bilər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB